Əli Həsənovun ölkədən çıxışına STOP qoyuldu - GERİ QAYITMAYACAQDI...

19-12-2022, 20:03           
Əli Həsənovun ölkədən çıxışına STOP qoyuldu -
Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun ölkədən çıxışına "stop" qoyulub.

Keçmiş şöbə müdiri bir neçə gün öncə Qətərdə keçirilən futbol üzrə dünya çempionatını izləmək Dohaya səfər etmək istəyib. Lakin hava limanında Əli Həsənovun uçuşuna icazə verilməyib.

Ehtimala görə, Əli Həsənov Qətərdən Dubaya getməyi və Azərbaycana geri qayıtmamağı planlaşdırıbmış.

Qeyd edək ki, Əli Həsənovun övladları ölkə xaricində biznes fəaliyyəti ilə məşğuldur. Hazırda Əli Həsənovun oğlu ABŞ-da, qızı isə Dubayda yaşayır.

Demokrat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru