Həkimin yazdığı reseptləri hər kəs oxuya biləcək – “Google”dan yenilik

20-12-2022, 08:34           
Həkimin yazdığı reseptləri hər kəs oxuya biləcək –
“Google” “cızma-qaraları” başa düşülən mətnə ​​çevirmək funksiyasını inteqrasiya etməklə həkimlərin pis əlyazması problemini birdəfəlik həll etmək niyyətindədir.

Tribunainfo.az “TechCrunch” portalına xəbər verir ki, illik konfransında İT nəhəngi yeni funksiyanın hazırda axtarış sisteminə daxil edilən “Google Lens” yardım proqramının bir hissəsi olacağını açıqlayıb. Xəstə həkimin yazdığı reseptinin fotosunu çəkəcək və süni intellekt hansı dərmanların yazıldığını “öyrənəcək”.
“Google” belə bir tərcüməçinin tətbiqi üçün bütün dünya üzrə əczaçılarla sıx əməkdaşlıq edib.
Hindistan “Google Lens” istifadəçilərinin əksəriyyətinin yaşadığı yer olduğu üçün indiyə kimi bu funksiya yalnız hind dilində işləyir.
Bununla belə, şirkət ingilis və digər Avropa dillərini əlavə etməklə proqramın coğrafiyasını genişləndirməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru