Vasif Talıbovun rəis oğlu: - “Hər kəsin öz işi var”

21-12-2022, 16:28           
Vasif Talıbovun rəis oğlu: -
“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”.

TEREF.AZ bildirir ki, bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov bu dəqiqələrdə Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib.

Rza Talıbov istefadan sonra atası ilə əlaqə saxlamadığını da deyib:

“Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.

“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov: “Hər kəsin öz işi var”, - deyərək, əlavə şərh verməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru