Rusiyalı deputat Putini məhkəməyə verdi

23-12-2022, 10:14           
Rusiyalı deputat Putini məhkəməyə verdi
Sankt-Peterburqun Smolniskoye bələdiyyə dairəsinin deputatı Nikita Yuferev Prezident Vladimir Putinlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə Nikita Yuferev özünün Tvitter səhifəsində yazıb.

Yuferev bildirib ki, Rusiya ordusu haqqında saxta məlumatlar yaydığı üçün Vladimir Putinə qarşı cinayət işi başlanmalıdır.

Deputatın sözlərinə görə, prezident dekabrın 21-də keçirdiyi mətbuat konfransında "müharibə" sözünü işlədib.

O, bildirib ki, “müharibə” ifadəsinə görə, ölkədə artıq bir neçə min insan məhkum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru