Zəlzələdə öldü deyildi, dəfn zamanı dirildi - Milyonda bir yaşanan hadisə

24-02-2023, 12:04           
Zəlzələdə öldü deyildi, dəfn zamanı dirildi -
Suriyada zəlzələ nəticəsində öldüyü güman edilən şəxs dəfn zamanı dirilib.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əhməd əl-Məğrib adlı şəxs dağıntılar altından çıxarıldıqdan sonra heç bir reaksiya vermədiyi üçün öldüyü düşünülüb. Daha sonra cəsədin kimliyinin müəyyən olunması üçün 2 gün morqda saxlanılıb. 2 gündən sonra dəfn olunması üçün cəsəd torbasında ailəsinə təhvil verilib.
Ailəsi onu dəfn etmək üçün torbanı açanda hərəkət etdiyini görüb və dərhal xəstəxanaya yerləşdiriblər. Nəticədə onun sağ olduğu müəyyən olunub.
Həkimlər ürəyin fəaliyyətini dayandırıb, anidən fəaliyyətə başlamasını milyonda bir dəfə yaşana biləcək hadisə adlandırıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.