Bir fotonun ortaya qoyduğu həqiqət FOTO
Bu gün, 16:44

Kosmosdan gecə vaxtı çəkilən bu şəkildə iki ölkə, Güney Koreya və Quzey Koreya görünür. Biri sosializm biri isə kommunistlərin dili ilə desək kapitalizm (əslində isə bazar iqtisadiyyatı) iqtisadiyyatına malikdir. İki sistemi müqayisə etmək üçün bu şəkli istifadə etməklə apardığım araşdırmaya əlavə etdim. Bə'zən informasiya şəkillə daha lakonik və yığcam şəkildə çatdırmaq olur.
Dünya sosialist iqtisadi sisteminin banisi Rusiyada bu sistem iflasa uğramasından 34 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də bəzi insanlar sosialist iqtisadiyyatının üstünlüklərindən danışır və nə vaxtsa bu sistemin bərqərar olacağı xəyalları ilə yaşayır.
Öz diplom ixtisasıma (iqtisadi nəzəriyyə və yaxud ekominiks) uyğun olaraq bir araşdırma apararaq sizə hər iki sistemi bəzi rəqəmlərlə sizə çatdırmaq istəyirəm.
Sosialist Ölkələrindən Qaçışlar və Həyat Səviyyəsi
Tarix boyu sosialist ölkələrindən kapitalist ölkələrinə kütləvi qaçışlar əsasən aşağı həyat səviyyəsi və azadlıq çatışmazlığı ilə bağlı olub.
SSRİ: 1917–1991 arasında sərt nəzarət olsa da, 1970–1988-ci illərdə 300 min nəfər rəsmi emigrasiya etdi. 1980-ci illərdə orta maaş 200–250 rubl (təxminən 120 USD), Qərbdə isə 1 000 USD idi.
Şimali Koreya: 1950-ci illərdən bəri 31 min nəfər qaçıb. 2023-cü ildə 196 nəfər keçib. Cənubi Koreyada orta maaş 2 300 USD, Şimali Koreyada isə aclıq və yoxsulluq hökm sürür.
Şərqi Almaniya: 1945–1961 arasında 3,45 milyon, 1961–1988 arasında isə 616 min nəfər Qərbə qaçıb. Səbəb – iqtisadi fərq və rifah.
Kuba: 2022–2023-də 500 min nəfər ABŞ-a köçüb. Minimum maaş 6–7 USD, orta maaş 16 USD-dır, bu da gündəlik 0,5 USD deməkdir.
Nəticə: Sosialist ölkələrində həm iqtisadi, həm də sosial şərait kapitalist ölkələrindən xeyli aşağı olub, insanlar azadlıq və rifah üçün böyük risklərə gediblər.
Джавид Дамирли
TEREF