“Rusiya uduzub, bacarmadı, bacarmır…” – Ceyk Sallivan

25-02-2023, 00:09           
“Rusiya uduzub, bacarmadı, bacarmır…” –
“Tammiqyaslı hücumun başlanmasından bir il sonra Ukrayna artıq Rusiyanın əsas məqsədinə – Kiyevi ələ keçirməsinə mane olub, Rusiya uduzub”.

Pressklub.az-ın məlumatına görə, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan CNN telekanalına müsahibəsində bildirib.

Sallivan əlavə edib ki, Rusiyanın bu müharibədə məqsədi Ukraynanı yer üzündən silmək, paytaxtı ələ keçirmək və Ukraynanı dağıtmaq, onu öz ərazilərinə qatmaq idi. “Onlar bunu bacarmadılar, bacarmırlar”, – deyə o vurğulayıb.

Müşavir deyib ki, ABŞ öz növbəsində Ukraynaya lazım olan hərbi yardımı göstərmək üçün əlindən gələni edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.