Molla rejimi Əhməd Obalının bacısı oğlunu həbs etdi - FOTO

25-02-2023, 08:38           
Molla rejimi Əhməd Obalının bacısı oğlunu həbs etdi - FOTO
Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan Məhəmməd Yusifi həbs edilib.

KONKRET.az xəbər verir ki, azərbaycanlının yaxınlarının məlumatına görə, fevralın 20-də səhər saat 10-da Ərdəbil şəhərinin polis əməkdaşları onun yaşadığı mənzilə gediblər.

O, evdə olmadığı üçün anasından onun polisə müraciət etməsini istəyiblər.

Saat 11-də evə gələn Məhəmməd Yusifi saat 11:30-da polis bölməsinə gedib.

12:30 radələrində Ərdəbil məhkəməsinə aparılan Məhəmməd Yusifi saat 15 radələrində bir polkovnik və bir əsgərin müşayiəti ilə avtobusla Tehrana göndərilib.

Məhəmməd Yusifi gecə saat 23:30-da Tehranın Evin zindanına aparıldığı barədə anasına məlumat verib.

Fevralın 21-də səhər saat 08:00 radələrində yenidən anasına zəng edən Yusifi artıq Evin zindanına çatdıqlarını bildirib.

Onun hakimiyyətə qarşı təbliğatda ittiham edildiyi bildirilir.

Qeyd edək ki, Məhəmməd Yusifi GünazTV-nin təsisçisi, Amerikada mühacirətdə yaşayan siyasi fəal Əhməd Obalının bacısı oğlu, GünazTV-nin Bakı ofisinin rəhbəri Araz Obalının qardaşıdır.

Məhəmməd Yusifinin həbsinin GünazTV və Əhməd Obalının fəaliyyəti ilə bağlı olduğu və bundan Obalıya qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi ehtimal olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.