“Volkswagen” Rusiyanın Çindən paralel idxalına mane olacaq

27-02-2023, 09:34           
“Volkswagen” Rusiyanın Çindən paralel idxalına mane olacaq
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” Çində istehsal olunan avtomobillərinin Rusiyaya paralel idxalının qarşısını almaq niyyətindədir

Bu barədə “Handelsblatt” şirkətin bildirişinə istinadən yazıb.

Qəzet bildirib ki, “Volkswagen” avtomobillərinin Çin istehsalı “nisbətən avtonom” fəaliyyət göstərir. Bununla belə, “Volkswagen”ə məxsus Çindəki dilerlərə avtomobili Çindən başqa yerə ixrac etməmək tapşırılıb. Bəzi müstəqil dilerlər qara siyahıya salınıb, çünki “Volkswagen” onları başqa ölkələrə avtomobil satmaqda şübhələnir və onlar alman avtomobilləri ilə təmin olunmayacaqlar.

“Qara bazarda ixracı heç vaxt istisna etmək olmaz”, şirkət bildirib.

Lakin qeyd olunub ki, Çindən Rusiyaya avtomobil satışı hazırda böyük həcmdə aparılmır.

Almaniya konserninin Çindəki tərəfdaşlarına JAC, FAW və SAIC avtomobil istehsalçıları daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.