Zelenski Donbasda əməliyyatlar aparan komandanı vəzifəsindən azad edib

27-02-2023, 07:14           
Zelenski Donbasda əməliyyatlar aparan komandanı vəzifəsindən azad edib
Donbasda hərbi əməliyyatlar aparan Birləşmiş Qüvvələrin Əməliyyatının (BQƏ) komandanı general-mayor Eduard Moskalyovu vəzifəsindən azad edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, E. Moskalyov bu vəzifəyə ötən il martın 15-də təyin olunmuşdu.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukrayna hüquq-mühafizə orqanlarının Rusiya və rusiyayönlü silahlı qrupların (Donbasdakı separatçıların) fəaliyyətinə qarşı yönəlmiş hərbi və xüsusi təşkilati-hüquqi tədbirlər kompleksidir.

Əməliyyat “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal olunmuş ərazilərdə Ukraynanın dövlət suverenliyinin təmin edilməsi üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” Ukrayna qanununun icrası ilə nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.