OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu korrektə edib

14-07-2023, 11:24           
OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu korrektə edib
OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi azaldıb.
Bu barədə OPEC-in aylıq hesabatında qeyd olunub.
OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 22 min barel artım deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 7 min barel azdır.
Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi may ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.
Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanın maye karbodifrogenlərin gündəlik hasilatı 30 min azalaraq orta hesabla 0,7 mln. barel olacağı proqnozlaşdırılır.
Hesabata əsasən, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru