Salyanda Kür çayının səviyyəsi minimum həddən aşağı düşüb, nasosların fəaliyyəti dayanıb

14-07-2023, 12:13           
Salyanda Kür çayının səviyyəsi minimum həddən aşağı düşüb, nasosların fəaliyyəti dayanıb
Salyan rayonu ərazisində Kür çayında suyun səviyyəsi minimum həddən aşağı düşdüyündən əksər nasosların fəaliyyəti dayanıb.

TEREF.AZ bildirir ki, “Report”un Aran bürosunun məlumatına görə, bu ərazidə suyun səviyyəsi son bir həftədə 1 metrdən çox aşağı düşüb. Suyun azalması dayanıqlı və üzən su nasoslarının işləməsində ciddi çətinliklər yaradıb. Dayanıqlı su nasoslarının əksər boruları suyun səthindən yuxarıda qalıb. Üzən su nasoslarının məhsuldarlığı isə xeyli aşağı düşüb.

Fermerlərin sözlərinə görə, su qıtlığı yarandığından pambıq, yonca və digər sahələrinin suvarılmasında çətinliklər yaranıb.

Mütəxəssislərin fikrincə, qısa müddətdə Mingəçevir su anbarından Kür çayına buraxılan su artırılmaqla çayda suyun səviyyəsi tənzimlənməlidir. Əgər bu, öz həllini tapmazsa, Kür çayının aşağı axınında vəziyyət kritik həddə çata bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru