Rusiya-Ukrayna müharibəsində ölənlərin sayı yarım milyona çata bilər - BMT

25-08-2023, 09:34           
Rusiya-Ukrayna müharibəsində ölənlərin sayı yarım milyona çata bilər - BMT
Rusiya-Ukrayna müharibəsində ölənlərin ümumi sayı yarım milyona çatacaq.

APA xəbər verir ki, bu barədə BMT-nin baş katibinin müavini Rozmari DiKarlo Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında bildirib.

O, mülki əhali və hərbçilər arasında həlak olanlar haqqında dəqiq rəqəm söyləməyib.

"Rəqəmlər çox dəhşətlidir. İnsan Hüquqları Komissiyasının məlumatına görə, 545-i uşaq olmaqla, azı 9444 mülki şəxs həlak olub. Reallıqda isə rəqəmlər daha çox ola bilər. Bəzi hesablamalara görə, hər iki tərəfdən həlak olan mülki şəxslərin və hərbçilərin ümumi sayı yarım milyona çatır”, - deyə təşkilatın nümayəndəsi bildirib.

Təşkilatın iyulun 30-na olan son dərc olunmuş hesabatına görə, ötən ilin fevralından bəri ümumilikdə 9369 mülki şəxs həlak olub, 16646 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru