Ukraynalı pilotlar “F-16” qırıcılarını idarə etmək üçün ABŞ-yə yollanırlar

25-08-2023, 09:48           
Ukraynalı pilotlar “F-16” qırıcılarını idarə etmək üçün ABŞ-yə yollanırlar
Ukraynalı pilotlar “F-16” qırıcılarını idarə etmək üçün ABŞ-yə yollanırlar
ABŞ oktyabr ayında Arizona ştatındakı hərbi bazada Ukrayna hərbçilərinə “F-16” qırıcılarını idarə etmək üçün təlimlər keçirməyə başlayacaq.

Bunu mətbuat nümayəndələri üçün keçirilən brifinqdə Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder deyib.

Patrik Rayder təlim keçəcək ukraynalı hərbçilərin dəqiq sayını açıqlamayıb.

O həmçinin əlavə edib ki, bəzi ukraynalı pilotların ingilis dili biliklərinə malik olmasına baxmayaraq, ABŞ-a gəldikdən sonra bütün ukraynalı hərbi qulluqçular əlavə ingilis dili təliminə cəlb ediləcəklər.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.