“SpaceX” daha 22 peykini orbitə çıxardı

27-08-2023, 08:40           
“SpaceX” daha 22 peykini orbitə çıxardı
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi bu gün qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxarıb.

Teleqraf.com xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, buraxılış ABŞ Kosmik Qüvvələrinin Floridadakı "Cape Canaveral" bazasındakı 40-cı buraxılış kompleksindən həyata keçirilib.

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 103-cü, bu ilin əvvəlindən isə 34-cü buraxılışıdır.

"SpaceX" artıq bu peyklərdən 4,9 mindən çoxunu orbitə çıxarıb. Onlardan təxminən 4,6 mini işlək vəziyyətdədir.

Üçüncü dəfə istifadə olunan reaktiv daşıyıcının təkrar istifadə oluna bilən birinci mərhələsi Atlantik okeanında yerləşən “Təlimatları oxuyun” dəniz dron platformasında idarə olunan şaquli eniş etməli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru