Almaniyada kəşfiyyatçı Rusiyaya casusluqda ittiham olunur

6-09-2023, 12:53           
Almaniyada kəşfiyyatçı Rusiyaya casusluqda ittiham olunur
Almaniya Baş Prokurorluğu ötən il Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. və onun vasitəçisi Artur E-yə qarşı dövlətə xəyanət ittiham irəli sürüb.

Bu barədə “Sueddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Almaniyanın baş prokuroru tərəfindən avqustun ortalarında Berlin Ali Məhkəməsində hər iki şəxsə qarşı ittiham irəli sürüb.

Onlar ömürlük həbs cəzası ala bilərlər. Məxfi məlumatların çox olması səbəbindən məhkəmənin əsasən qapalı keçiriləcəyi gözlənilir. İddialar da əsasən məxfiləşdirilib.

Karsten L. 2022-ci il dekabrın sonunda saxlanılıb. Müstəntiqlərin fikrincə, o, Rusiya tərəfinə “HIMARS” reaktiv yaylım atəşi sistemlərinin və “İRİS-T” hava hücumundan müdafiə sistemlərinin Ukraynadakı mövqeləri barədə məlumatları çatdırmağa çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru