KİV: NATO "Soyuq müharibə"dən bəri ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşır

11-09-2023, 14:09           
KİV: NATO "Soyuq müharibə"dən bəri ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşır
NATO "Soyuq Müharibə"dən bəri ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Bildirilib ki, “Sabit müdafiəçi” adlanan təlimlərə ən azı 41 min əsgər və 50-dən çox gəminin cəlb ediləcəyi və 500-700 döyüş atışının həyata keçiriləcəyi gözlənilir.

Nəşr bildirib ki, plana əsasən, qoşunlara daha real ssenarilər yaratmaq üçün real həyatda olan coğrafi məlumatlardan istifadə edilə bilər.

Nəşrin fikrincə, təlimin məqsədi alyansa üzv olan ölkələrdən birinə qarşı yönəlmiş Rusiyanın təcavüzünü dəf etmək cəhdini həyata keçirməkdir. İddialara görə, NATO bu manevrləri Moskvaya alyansın müharibəyə hazır olduğunu nümayiş etdirməyin əsas hissəsi kimi qiymətləndirir.

FT-nin məlumatına görə, təlimlər 2024-cü ilin fevral və mart aylarında Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Təlimlərdə NATO-nun 31 üzvü ilə yanaşı, İsveç də iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru