Ağdam-Xankəndi yolunu “maskalılar” açıb: - “Gecə gəldilər…”

12-09-2023, 13:45           
Ağdam-Xankəndi yolunu “maskalılar” açıb: -
Xəbər verdiyimiz kimi, Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq daşıyan yük maşını ilk dəfə Ağdam-Xankəndi yolundan istifadə etməklə, bu gün səhər saatlarında Xankəndiyə çatıb.

Teref.az axar.az-a istinadla xəbər verir ki, Ağdam yolunun açılmasına qarşı çıxan erməni separatçılar yolda “blok-post” qurmuşdular və keşik çəkirdilər.

“Vahan” dəstəsinin rəhbəri Artur Vardanyan erməni mediasına deyib ki, gecə cəmi 20-yə yaxın şəxs “növbədə” olub, aralarında qadın olmayıb.

“Xüsusi təyinatlı dəstə”nin üzvləri iki avtobusla gəldilər, hamısı maskalı idi və elan etdilər ki, əgər növbədə duranlar yolu açmasa, güc tətbiq etməli olacaqlar”, - Vardanyan bildirib.

O bildirib ki, heç bir qarşıdurma olmayıb, bundan sonra “növbədə” duranlar piyada Xankəndiyə doğru gediblər.

Xatırladaq ki, Ağdam-Xankəndi yolu ilə ərzaq yardımı aparan RQXC-nin yük maşını artıq Xankəndidədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru