Ukrayna ordusunun vurduğu rus desant gəmisinin FOTOSU

13-09-2023, 16:21           
Ukrayna ordusunun vurduğu rus desant gəmisinin FOTOSU
Sevastopolda quru dokda (gəmilərin tikintisi, təmiri və saxlanması üçün mühəndis infrastrukturu) zədələnmiş "Minsk" böyük desant gəmisinin ilk fotoşəkili yayılıb.

Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində gəminin üst quruluşu tamamilə dağıdılıb.

"Aydındır ki, bu gəmini unuda və Rusiya donanmasının geridönməz itkiləri siyahısına əlavə edə bilərsiniz", - deyə UNİAN-ın Teleqraqm kanalı yazıb.

Qeyd edək ki, dünən Ukrayna ordusu Sevastopola raket hücumu gerçəkləşdirib. Hücum nəticəsində təmirdə olan iki gəmi - "Minsk" böyük desant gəmisi və "Rostov" dizel-elektrik sualtı qayığı sıradan çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru