Azərbaycanlı qadın hərbiçi BMT-dən medal alıb

15-09-2023, 12:14           
Azərbaycanlı qadın hərbiçi BMT-dən medal alıb
Azərbaycanlı qadın hərbçi Lətifə Rüstəmova BMT-nin sülhməramlı missiyasındakı nümunəvi xidmətinə görə dünya təşkilatı tərəfindən təltif olunub.

Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi bildirib.

“Cənubi Sudanda BMT missiyasında göstərdiyi nümunəvi hərbi xidmətə görə həm BMT medalı, həm də tərifnamə ilə təltif edilmiş ilk qadın sülhməramlı mayor Lətifə Rüstəmova ilə biz ikiqat fəxr edirik”, - daimi nümayəndəlik qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru