İcra başçısının “darğası” sürücünü döydü - Neftçalada
14-07-2016, 22:24
Bu gün səhər saatlarında Neftçala rayonunda daha bir qalmaqal baş verib. Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sağ əli olaraq bilinən və İsmayıl vəliyevin adından Neftçalanı idarə edən Rafiq İibrahimov sürücünü təhqir edərək döyüb.
AzMedia.info saytına Neftçaladan daxil olan məlumata görə bu gün səhər saatlarında Neftçala rayonunda Neftçala-Gəncə marşurutu ilə işləyən Tofiq adlı sürücü icra başçısının sağ əli olaraq bilinən “Gəncəli Rafiq” adı ilə tanınan şəxs tərəfindən döyülüb. Qeyd edək ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev də Gəncəli olduğundan rayonunun bütün idarəsini yerlisinə verib və hazırda Rafiq İbrahimova Neftçalada İsmayıl Vəliyevin “darğası” deyilir.
Belə ki, Neftçaladan daxil olan məlumatda bildirilir ki, icra başçısının adından Neftçala avtovağzalını idarə edən Rafiq İbrahimov bir neçə gün əvvəl Nəqliyyat Nazirliyinin izni olmadan qanunsuz olaraq yeni Neftçala-Gəncə marşurutu yaradıbyaradıb. Nəqliyyat Naziryiyinin müvafiq marşurutunda Gəncə-Neftçala reysini həyata keçirən Tofiq adlı şəxs buna etiraz edib və nəticədə icra başçısının “darğası” tərəfindən ağır şəkildə təhqir olunaraq döyülüb.
Bildirilir ki, insidentlə bağlı Neftçala-Gəncə marşurutunun sahibi Tofiin Nəqliyyat Nazirliyinə, Baş Prokurorluğa şikayət məktubu ünvanladığı bildirilir. Hazırda rəsmi qurumların Rafiq İbrahimov tərəfindən qanunsuz olaraq açdığı Neftçala-Gəncə marşurutunu araşdırmağa başladıqları qeyd olunur.
Xatırladaq ki, Rafiq İbrahimov tez-tez qanunsuz əməlləri ilə gündəmə gəlir. Bundan əvvəl də Neftçala rayon İcra Hakimiyyətinin başçısının “darğası” barədə Neftçalanının Tataraməhlə kəndindən mətbuata daxil olan məlumatda qeyd olunurdu ki, rayonda arpanın qiyməti 15-16 qəpik olduğu halda Rafiq İbrahimov taxılı ona 10 qəpiyə satmağa məcbur edir. Bildirilirdi ki, Kür çayının üstündəki körpülərdə polis postları qoyduran Rafiq İbrahimov kəndlərdən taxıl toplayan yük maşınlarını əraziyə buraxdırmır və kəndlilərdən arpanı ona 10 qəpiyə satmağı tələb edir.