Yəməndəki husi (Ənsər Allah) döyüşçüləri İsrailə raket və PUA-larla hücum edir. Sonuncu hücum dünən təşkil edilib. Bakupost.az xəbər verir ki, bu barədə husilərin lideri Əbdülmalik əl-Husi deyib. O, işğal altındakı Fələstin torpaqlarında və onun xaricində İsrailə hücumları davam etdirəcəklərini bildirib: “Qırmızı dənizdə İsrail gəmilərini də hədəf ala bilərik”.