“Ferrari”yə sayılan pul onu dünyanın ikinci ən bahalı avtomobili etdi - FOTO

15-11-2023, 15:24           
“Ferrari”yə sayılan pul onu dünyanın ikinci ən bahalı avtomobili etdi - FOTO
Nyu-Yorkda (ABŞ) keçirilən hərracda 1962-ci il istehsalı olan “Ferrari 250 GTO” yarış avtomobili rekord məbləğə - 51,7 milyon dollara satılıb.

Bu barədə “Sotheby's” hərrac evinin saytında məlumat verilib.

Ancaq avtomobilin yeni sahibinin adı açıqlanmır.

Bildirilir ki, bu maşın 1962-ci ildə 24 saatlıq Le Man (“24 Heures du Mans”) marafonunda iştirak edib. Onu britaniyalı sürücü Mayk Parkes və “Scuderia Ferrari” komandasından italyan Lorentso Bandini idarə edib.
1974-1985-ci illərdə avtomobilin sahibi “Ferrari Club of America” təşkilatının sədri olub. Son 38 il ərzində isə avtomobil ABŞ-də bir kolleksiyaçıya məxsus olub.

“Ferrari 250 GTO” avtomobil auksionları tarixində ikinci ən bahalı lot olub. Hazırda rekord 2022-ci ildə 135 milyon avroya satılan “Mercedes-Benz 300 Uhlenhaut Coupe”a məxsusdur.






















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru