Financal Times: “İsrail Qəzzadakı əməliyyatları dayandıra bilər”

16-11-2023, 09:26           
Financal Times: “İsrail Qəzzadakı əməliyyatları dayandıra bilər”
“İsrail Əl-Şifa xəstəxanasına nəzarəti bərqərar etdikdən sonra Qəzzada əməliyyata fasilə verilməsi ehtimalını nəzərdən keçirməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bu barədə “Financal Times” nəşri məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) kəşfiyyat məlumatlarını emal etmək, həmçinin Qəzza vasitəsilə təchizat xətlərini gücləndirmək üçün yaranan fasilədən istifadə edir. Üstəlik, HƏMAS silahlıları fəallaşarsa, İsrail tərəfi dərhal hərbi əməliyyatları davam etdirəcək.

Qeyd edək ki, İsrail hərbçiləri 2023-cü il noyabrın 15-nə keçən gecə əməliyyat keçirmək üçün Əl-Şifa xəstəxanasının ərazisinə daxil olublar. İDF-nin məlumatına görə, HƏMAS-ın əsas komanda məntəqələrindən biri məhz bu tibb müəssisəsinin ərazisində, yerin altında yerləşib.
Ordunun mətbuat xidməti söz verib ki, xəstəxanada gedən döyüşlər zamanı İsrail hərbçiləri dinc əhalinin zərər görməməsi üçün hər şeyi edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru