Penitensiar Xidmət mayorundan general Ramiz Zeynalova ilginc şikayət

21-07-2016, 11:57           
Penitensiar Xidmət mayorundan general Ramiz Zeynalova ilginc şikayət
teref.azxəbər verir ki,moderator.az - a Penitensiar Xidmətin mayor rütbəli bir zabiti tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalova ünvanlanan ilginc bir şikayət məktubu daxil olub.

İsmayılov Qəşəm Allahverən oğlu şikayət məktubunda bildirir ki, dünən DYP əməkdaşları tərəfindən ona çox ağır psixoloji təsir edən bir hadisə ilə üzləşib.

İdarə etdiyi maşını saxladan DYP əməkdaşları öz paqon yoldaşlarını təhqir etməkdən çəkinməyiblər. Baş Dövlət Yol Polisi İdarəsi xüsusi tağım yol patrun xidməti inspektoru polis kiçik serjantı Mayılov Vüqar Akif oğlu dünən günorta saatlarında onun idarə etdiyi maşını saxladıb. Bu zaman o paytaxtın "Şamaxinka” adlanan ərazisindəki "Lukoyl" yanacaqdoldurma məntəqəsindən çıxırmış. Məntəqədən çıxar-çıxmaz onu saxladan DYP əməkdaşları kəmərini taxmadığına görə inzibati protokol tərtib edərək ona cərimə yazıblar, üstəlik, onu təhqir də ediblər:

“Məntəqədən çıxan kimi kəmərimi bağlayacağımı desəm və üzrxahlıq etsəm də mənimlə kobud davrandılar və bildirdim ki, xidmət aparsanız da heç biriniz də mənim kimi kəmər taxmamısınız. Cavab verdilər ki, sənlik deyil, sən özünə cavbadehsən. Məzuniyyətdə olduğumu, ötmə əməliyyatı etmədiyimi, sürət həddini aşmadığımı bildirdim, amma zabit kimi mənə hörmət etməmələri bir yana, serjantın yanında əyləşən adını bilmədiyim baş leytenant məni şoka salan ittihamı da çəkinmədən üzümə dedi. Bildirdi ki, onun özünə də cəzaçəkmə müəssisələrində heç vaxt hörmət qoyulmayıb və incidiblər. Çəkinmədən dedi ki, sizin kimilər əlimə düşəndə gözümü qırpmadan protokol yazıram.

Əlbəttə, özümə haqq qazandırmıram və təhlükəsizlik kəmərindən istifadə etmədiyimin məsuliyyətini dərk edir, mənə təyin olunan cəriməni ödəməyə də hazıram. Məni narahat edən özlərini nəzakətli aparmalı olduqları halda hədsiz kobud davranmaları və çəkinmədən iki hüquq-mühafizə orqanı arasında xoşagəlməz ənənənin yaranmasını körükləmələri oldu. Hesab edirəm ki, bu addım paqon daşıyan heç bir əməkdaşa yaraşmayan davranışdır və ümid edirəm ki, hörmətli general Ramiz Zeynalov məsələni diqqətdə saxlayacaq, mənə qarşı törədilən bu yolverilməz hərəkətə adekvat qiymət verilməsini təmin edəcək.
Hörmətli Ramiz müəllim genral paqonu daşıyır və onun zabit paqonunu, zabit şərəfini hər şeydən üstün tutduğuna, onun təhqir olunmasına biganə qalmayacağına heç bir çübhəm yoxdur. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Qəşəm İsmayılov dərhal üzləşdiyi olayla bağlı DİN -n 102 xidmətinə şikayət də edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.