Məhəmməd Kekalov vəkilindən imtina etdi

23-11-2023, 18:49           
Məhəmməd Kekalov vəkilindən imtina etdi
2 gün əvvəl direktoru və baş redaktoru həbs edilən "Abzas Media" saytının direktor müavini Məhəmməd Kekalov vəkildən imtina edib.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, Bakı Şəhər Baş Polis İdarəsinin istintaqını aparılan cinayət işi üzrə dindirilir.

M.Kekalov vəkili Rövşanə Rəhimlinin xidmətlərindən imtina edib.

Bu barədə vəkil özü açıqlama verib.

O bildirib ki, Kekalov vəkili ilə əlaqə saxlayaraq ondan imtina etdiyini deyib. Xanım vəkilin sözlərinə görə, daha sonra keçmiş müvəkkili bu qərarını görüşdə də təsdiqləyib, dövlət hesabına vəkillə təmin edildiyini bildirib: "Mən ona hüquqlarını izah etdim, müdafiəsinə bir neçə vəkilin qoşula biləcəyini bildirsəm də, dedi ki, yox, ehtiyac yoxdur".

Qeyd edək ki, "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru