İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini məhv etdi - VİDEO
24-11-2023, 15:05
İsrail Müdafiə Ordusu (SAXAL) Xan Yunisdə HƏMAS-ın dəniz qüvvələrinin komandiri Amar Əbu Cəlaləni məhv edib.
Bu barədə İsrail Müdafiə Ordusunun “Telegram” kanalında məlumat yayılıb.
“Amar Əbu Cəlallah HƏMAS-ın yüksək rütbəli dəniz zabiti olub və dənizdə SAXAL tərəfindən qarşısı alınan bir neçə terror aktının təşkilində iştirak edib”, - deyə SAXAL-ın Mətbuat Xidməti bildirib.
Əbu Cəlalədən başqa, radikal təşkilatın daha bir yaraqlısının məhv edildiyi bildirilir. Qeyd edək ki, Xan Yunisi hərbi təyyarələrin vurduğu məlumdur.