“Cadugər” dünyasının yemək reseptlərindən ibarət kitab satışa çıxarıldı - FOTO

24-11-2023, 17:14           
“Cadugər” dünyasının yemək reseptlərindən ibarət kitab satışa çıxarıldı - FOTO
Məşhur “Cadugər” (“The Witcher”) fentezi-dram serialı əsasında hazırlanmış yemək kitabı satışa çıxarılıb.

“The Witcher Official Cookbook” adlı kitabda illüstrasiyalarla 80 ətraflı resept təqdim olunub. Bu reseptlərin hamısı “Cadugər” dünyasının coğrafiyasına görə sıralanıb. Noviqraddan, Skellige adalarından yeməklər, eləcə də romanlardakı personajlardan reseptlər var, məsələn, Lambertin köftəsi.

Kitabda müəyyən bölgənin kulinariya həyatı haqqında kiçik qeydlər də yer alıb.

Kitab ingilis dilində nəşr olunub və qiyməti 35 avrodur (təqribən 64 manat).

Bundan başqa witcherkitchen.com saytında kolleksiya müəlliflərinin 19 resepti pulsuz dərc edilib.
Qeyd edək ki, “Netflix” şirkətinin sifarişi ilə Andjey Sapkovskinin romanları əsasında çəkilən serial 2019-cu ildə yayımlanıb. Filmin süjetinə əsasən cadugər riviyalı Geralt bədheybətlər və qəddar insanlarla dolu dünyada öz yerini axtarır.




Mənbə: “Sliva/İrkutsk” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru