Batya Putini gözləyərkən “əsdi”: iflic olacaq? - Video

24-11-2023, 11:15           
Batya Putini gözləyərkən “əsdi”: iflic olacaq? - Video
KTMT-nin Minskdə keçirilən sammitində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Putini gözləyərkən qəribə şəkildə əsməsi diqqət çəkib.

Bu barədə xarici media məlumat yayıb.

Qeyd olunur ki, bu, Lukaşenkonun səhhətində ciddi problemlər olduğuna dair məlumatları gücləndirib. Adının çəkilməsini istəməyən həkim bildirib ki, Lukaşenkoda “essentsial tremor” (əsmə xəstəliyi) ola bilər.

Politoloq Dmitri Bolkunets isə Lukaşenkonun sağalmaz xəstəliyinin əlamətləri ilə bağlı yeni məlumat verib:

“Bir neçə ay əvvəl Lukaşenkonun baş titrəyişinin irəliləyəcəyini bildirmişdim. Oktyabr ayında o, az qala pilləkənlərdən yıxılacaqdı. Əvvəllər simptomlar o qədər də nəzərəçarpan deyildi. Bu xəstəlik tədricən hərəkət edərək koordinasiyanın itirilməsinə, nitq problemlərinə, iflic və ya qəfil ölümə səbəb olacaq. Bu prosesin geridönüşü yoxdur və çox sürətlə irəliləyir. Belarus Prezidenti sağalmaz xəstədir. O, çəki artımına səbəb olan xüsusi dərmanlarla müalicə olunur”.
https://t.me/aqreqatorxeber/8327












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru