Hindistanda çökən tuneldən 41 işçini çıxarmaq üçün ibtidai üsuldan istifadə edəcəklər - FOTO

26-11-2023, 15:14           
Hindistanda çökən tuneldən 41 işçini çıxarmaq üçün ibtidai üsuldan istifadə edəcəklər - FOTO
Hindistanlılar Uttarkhand əyalətində təqribən iki həftədir tuneldə əsarətdə qalan 41 işçini ibtidai üsulla - əllə qazıb çıxarmalı olacaqlar.

Bu barədə yerli hökumət orqanlarındakı mənbə xəbər verib.

Bildirilir ki, təxminən 60 metr uzunluğundakı dağıntını aradan qaldırmaq üçün istifadə edilən ağır qazma maşını bir gün əvvəl xarab olub. Texnika həmin yerdən çıxarılmalı, bundan sonra əllə qazma işləri aparılmalıdır.

Xilasedicilər insanları xərəklərlə çıxarmaq üçün kifayət edəcək qədər genişlikdə tunel qazmağı planlaşdırırlar.

Bununla yanaşı, ikinci plan kimi, təpənin yuxarı hissəsindən şaquli qazma işləri həyata keçirilir.
Xatırladaq ki, noyabrın 12-də ərazidə tunel qazıntısı zamanı torpaq sürüşməsi baş verib və fəhlələr orada əsarətdə qalıblar. Səlahiyyətlilərin dediyinə görə, işçilər təhlükəsizlikdədirlər, işıq, oksigen, qida, su və dərman əldə edə bilirlər.

Tunelin hansı səbəbdən çökməsi açıqlanmayıb. Bölgə sürüşmə, zəlzələ və daşqınlara meyillidir.



Mənbə: Indianexpress.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru