Erməni quldur dəstəsinin başçısı və arvadı özlərini 11-ci mərtəbədən atdılar- VİDEO

28-11-2023, 09:54           
Erməni quldur dəstəsinin başçısı və arvadı özlərini 11-ci mərtəbədən atdılar- VİDEO
Yeni Moskvada iki nəfərin 11-ci mərtəbədən düşdüyü anın görüntüləri yayımlanıb.
Bakupost.az "Mash"-a istinadla xəbər verir ki, onlardan biri, erməni mütəşəkkil cinayətkar qrupunun sabiq lideri, 54 yaşlı Andranik Asoyan, digəri isə onun arvadı 34 yaşlı Lyudmila İvanova olub.
Məlumata görə, Asoyan15 il qabaq Kirovda həmyerliləri ilə birgə yerli iş adamlarının pullarını oğurlamaqla məşğul olan mütəşəkkil cinayətkar qrup yaradıb.
Onlar təşkilatlar və sahibkarlar arasında spirt və ərzaq alınması üçün müqavilələr bağlayırmışlar. Sonra malı ucuz qiymətə satıb pulu mənimsəyirmişlər. Və nəticədə iş adamlarını aldadırmışlar. Dəstə 2008-ci ilin dekabrında ifşa olunub və onun rəhbəri Andranik növbəti dəfə həbs olunaraq 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
İlkin ehtimala görə, Asoyan və arvadı hadisə baş verən binada mənzil kirayələyiblər.
Qonşuların dediyinə görə, son bir neçə gündə onlar tez-tez dalaşırlarmış.
Moskva Prokurorluğu hadisənin təfərrüatlarını araşdırır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru