Qəzza zolağında ərzaqla təmin edilən insanların sayı açıqlandı - FOTO

28-11-2023, 12:14           
Qəzza zolağında ərzaqla təmin edilən insanların sayı açıqlandı - FOTO
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) noyabrın 24-dən Qəzza zolağında 120 mindən çox insanı zəruri ərzaqla təmin edib.

Bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) hesabında məlumat paylaşılıb.

“Ümumdünya Ərzaq Proqramı cümə günündən bəri 121 161 nəfəri, o cümlədən əlçatmaz ərazilərdəki ailələri zəruri ərzaqla təmin edib. Bu günə qədər biz ümumilikdə demək olar ki, 760 min nəfəri əhatə etmişik. Lakin insanların dörd gün deyil, hər gün qidaya ehtiyacı var. Yardımın miqyasını genişləndirmək və qoruyub saxlamaq lazımdır”, - deyə qeyd olunub.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru