Ermənistan 1 kg olan Hayasat-1 peykini kosmosa buraxa bildi

5-12-2023, 07:46           
Ermənistan 1 kg olan Hayasat-1 peykini kosmosa buraxa bildi
Maraqlı tərəflərin diqqətinə çatdırıram ki, bir neçə dəfə təxirə salınmasına baxmayaraq, Ermənistan özəl peykini orbitə qaldıra bilib.
Çəkisi cəmi 1 kg olan Hayasat-1 peykinin hər hansı xüsusi təyinatı (müşahidə, kəşfiyyat, telekommunikasiya və s) yoxdur.
Burada diqqətçəkən iki məqam var.
Ermənilər bu peykin özəl olduğunu, yəni öz laboratoriyalarında erməni mütəxəssislər tərəfindən hazırlandığını qabardırlar.
Həmçinin də, ermənilər peykin idarəetməsinin onun hazırlandığı Bazumk (Bazoomq Space Research Lab) tərəfindən reallaşacağını bildirirlər.
Hayasat-1 Space X -in Falcon-9 raketdaşıyıcısı vasitəsilə Kaliforniyadakı bazadan orbitə qaldırılıb.
Yeri gəlmişkən, xatırladıram ki, Azərkosmos-la Anlaşma əsasında “İsrael Aerospace Industries” şirkəti ilə birgə gələn il Azərbaycanda Peyklərin inkişafı Mərkəzi yaradılacaq.
Azersky-2 proqramı çərçivəsində hazırlanması nəzərdə tutulan ikinci müşahidə-kəşfiyyat peykinin məhz bu Mərkəzdəki öz mütəxəssislərimiz tərəfindən Azərbaycanda hazırlanacağı da açıqlanıb.
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru