Kim Çen In göz yaşlarına boğuldu
6-12-2023, 10:38

Şimali Koreya lideri Kim Çen In V Ümumrespublika Analar Konqresində məruzəni dinləyərkən göz yaşlarına boğulub.
Bu barədə Koreya Mərkəzi Televiziyası kadrlar etdirilib.
Qeyd edilib ki, dövlət baçısının göz yaşlarına səbəb Şimali Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin katibi Ri İl Hvanın çıxışı olub. Onun hesabatını dinləyən Kim Çen In göz yaşlarını saxlaya bilməyib.
Operator yaxın planda siyasətçinin üzünü göstərib. Dövlət başçısının emosional reaksiyasına konkret nəyin səbəb olduğu məlum deyil. Kadrlar anaların övladlarının gələcəyi naminə özlərini qurban verməyə hazır olduqlarından bəhs edən reportajın bir hissəsini oxuyan diktorun fonunda nümayiş etdirilib.
"Övladlarını ləyaqətli insan kimi böyüdən hər bir ananın qəlbində öz rahatlığı qarşısında partiyanın və dövlətin yaşadıqlarını, qayğılarını düşünməyə imkan verən təmiz vicdan var", - deyə natiq qeyd edib.
Hüseyn İbadlı
publika