Seysmoloqdan qorxulu xəbərdarlıq: - “Şəhəri tərk etmək mümkün olmayacaq”

7-12-2023, 16:25           
Seysmoloqdan qorxulu xəbərdarlıq: -
“Paytaxtda güclü zəlzələ baş verərsə, şəhəri tərk etmək mümkün olmayacaq”.

Bunu “Cebhe.info”-ya açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib. Seysmoloq bildirib ki, güclü zəlzələ ehtimalına qarşı hər binanın toplanış yeri olmalıdır:

“Əgər Bakıda güclü zəlzələ baş verərsə, tıxaclara görə şəhəri tərk etmək qeyri-mümkündür. Mən dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə qabaqcıl tədbirlər görülməsi haqda müraciət etmişəm. Dünya təcrübəsindən istifadə edərək zəlzələ zamanı əhalinin təxliyə edilməsi ilə bağlı planlar cızılmalıdır”.

Bununla yanaşı, Ənvər Əliyev qeyd edib ki, məsuliyyətsiz mühəndislər tərəfindən tikilmiş evlər olduqca təhlükəlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru