Daha bir azərbaycanlı terrorçuluğa görə axtarışa verildi - FOTO

9-12-2023, 00:11           
Daha bir azərbaycanlı terrorçuluğa görə axtarışa verildi - FOTO
Rusiya daha bir azərbaycanlı haqqında beynəlxalq axtarış elan edib.

Lent.az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları 35 yaşlı Rasim Babayevin tutulması üçün qırmızı bülletenlə İnterpola müraciət edib.

R. Babayev terror təşkilatının fəaliyyətinin təşkili və bu təşkilatın fəaliyyətində iştirak, habelə qeyri-qanuni silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilir.

R. Babayev Şabran rayonunun Yenikənd kəndində anadan olub.

Qeyd edək ki, dünən Rusiya hüquq-mühafizə orqanlarının terror qruplaşmalarında iştirakda təqsirləndirilən azərbaycanlı qadını beynəlxalq axtarışa verməsi barədə xəbər vermişdik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru