Rusiya Ukraynaya qarşı “qış əməliyyatı”na başladı?

9-12-2023, 09:39           
Rusiya Ukraynaya qarşı “qış əməliyyatı”na başladı?
“Qərb hesab edir ki, Rusiyanın ötən gecə Ukraynanı kütləvi şəkildə atəşə tutması “qış zərbələri kampaniyası”nın başlanğıcıdır.

Bu barədə “Sky News” nəşrinə adının açıqlanmasını istəməyən Qərb rəsmisi deyib.

“Son bir neçə həftə ərzində biz Rusiyanın Ukraynanın kritik əhəmiyyətli enerji infrastrukturuna qarşı koordinasiya olunmuş “qış zərbələri kampaniyası”na başlaya biləcəyi ehtimalını vurğulamışıq. Qiymətləndirmələrimizə görə, ötən gecə Rusiya, ehtimal ki, bu istiqamətdə hərəkətə keçməyə cəhd edib”, - deyə mənbə bildirib.

O xatırladıb ki, Ukrayna ərazisinə zərbələr Tu-95 bombardmançıları vasitəsilə həyata keçirilib ki, bunlar faktiki olaraq son bir neçə ay ərzində istifadə olunmayıb.
“Eyni zamanda rusiyalılar yüksəkdəqiqlikli raketlərdən istifadə ediblər”, - deyə mənbə qeyd edib.

Nəşrin həmsöhbəti həmçinin vurğulayıb ki, kəşfiyyat nöqteyi-nəzərindən, bu raket hücumu rusiyalılar tərəfindən mütəmadi olaraq həyata keçirilən dron hücumları ilə koordinasiya edilməyib.

Xatırladaq ki, dekabrın 8-i gecə saatlarında Rusiya bir neçə aydan sonra ilk dəfə olaraq Ukraynaya kütləvi raket hücumu həyata keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru