Hepatit A xəstəsinin qızılcaya yoluxması... - TƏBİB məlumat yaydı

9-12-2023, 18:36           
Hepatit A xəstəsinin qızılcaya yoluxması... - TƏBİB məlumat yaydı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Hepatit A xəstəsi olan şəhid övladı Ülkər Tağızadənin qızılcaya yoluxması barədə iddialara cavab verib.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, 21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb.

Bildirilib ki, xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb. Dekabrın 5-də bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub.

"Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir. Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür. Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub", - məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə şəhid Rahim Tağıyevin qızı Ülkər Tağızadənin iki həftə əvvəl Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin infeksion xəstəliklər şöbəsinə yerləşdirilməsi və orada qızılcaya yoluxması barədə məlumat yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru