Moskvadan uçan “Boeing 737” qəza enişi edib – Rusiya mülki aviasiyasının vəziyyəti getdikcə pisləşir

30-12-2023, 00:08           
Moskvadan uçan “Boeing 737” qəza enişi edib –
Dekabrın 29-da Moskvadan Tümen vilayətinə uçan sərnişin təyyarəsi son mənzilə çata bilməyib.

“AzPolitika.info” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiyanın “Utair” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərrikində ciddi nasazlıq yaranıb.

Bildirilir ki, Vnukovo hava limanından havaya qalxdıqdan iki saat sonra “Boeing 737-500” təyyarəsinin komandiri qəza siqnalı elan edib və sağ mühərrikin söndüyü barədə dispetçerlərə məlumat verib.

Bundan sonra təyyarə Surquta məcburi eniş edib. Enişin normal keçdiyi bildirilir.

Rusiyada Ukraynaya təcavüzdən və beynəlxalq sanksiyaların tətbiqindən sonra təyyarələrlə, xüsusən də sərnişin təyyarələrilə bağlı fövqəladə halların sayı xeyli artıb.

Dekabrın 1-də Moskvadan uçan "Aeroflot"a məxsus "Boeing 777" təyyarəsi eniş qurğusunda yaranan problem səbəbindən Yujno-Saxalinskdə məcburi eniş edib.

Dekabrın 8-də Rusiyanın Novosibirsk şəhərində S7 Hava Yollarına məxsus “Boeing 737” təyyarəsi mühərrikində baş verən yanğın səbəbindən məcburi eniş edib. Həmin gün “Rossiya Hava Yolları”na məxsus təyyarə Rusiya Federasiyasının Stavropol diyarının Mineralnıye Vodı şəhərində məcburi eniş edib.

Rusiya uçuşların təhlükəsizliyi səviyyəsinə görə Beynəlxalq Mülki Aviasiya Təşkilatından “qırmızı bayraq” alıb. Dünyada yalnız dörd ölkədə “qırmızı bayraq” var: Butan, Konqo, Liberiya və Rusiya. Bu qiymətləndirmə Rusiya aviasiyasının uçuş təhlükəsizliyində ciddi deqradasiya proseslərini göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru