Yeni il yeməyini hazırlaya bilməmək də xəstəlik imiş

31-12-2023, 18:22           
Yeni il yeməyini hazırlaya bilməmək də xəstəlik imiş
Yeni il yeməyini hazırlamaqda çətinlik, stolüstü oyunlar oynaya bilməmək, dostların və ailənin evlərinə gedə bilməmək demansın əlamətləri ola bilər.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Daily Mail”-ə İngiltərədəki Addenbrooke xəstəxanasının nevroloqu Tim Rittman bildirib.

Həkim deyib ki, stolüstü oyunlar demens üçün xarakterik olan idrak qabiliyyətlərinin istifadəsini nəzərdə tutur. Əgər ailə üzvü qaydaları xatırlamaqda çətinlik çəkirsə və ya kimin hərəkət etməli olduğunu unudursa, bu, demensiyanın inkişaf əlaməti ola bilər.

Demansın başqa bir davranış əlaməti bayrama hazırlaşarkən qeyri-mütəşəkkillik ola bilər. Tərkiblərin alınması və yeməklərin hazırlanması diqqətli planlaşdırma və reseptlərə riayət etməyi tələb edir. Frontotemporal demans inkişaf etdirən insanlar bu fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkə bilərlər, çünki bu növ xəstəlik beynin frontal və temporal loblarına təsir göstərir.

Nevroloq qeyd edib ki, bəzi insanlar bayramı dost və qohumlarının evində keçirməyə üstünlük verirlər. Yeni mühitlə əvvəlcədən tanış olmasına baxmayaraq, onu idarə edə bilməmək də xəstəliyin əlaməti ola biər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.