Gültəkin Sadıqova Əjdər Kərimovla birlikdə Neftçala təhsilini bərbad vəziyyətə salıb
29-07-2016, 10:58
Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova Neftçala rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimovla birlikdə həyata keçirdiyi işlər nəticəsində Neftçala təhsilini bərbad vəziyyətə salıb. teref.az nia.az-a istinadən xəbər verir ki, direktorların təyin edilməsi, dərs saatlarının bölüşdürülməsi və hətta ən incə məqamlar belə icra başçısının müavini ilə məsləhətli şəkildə həyata keçirilir. Gültəkin Sadıqova "pul yığmaqda yaxşı ixtisaslaşdığına görə rayon rəhbərliyində xüsusi çəkiyə malikdir, buna görə də heç bir idarə, təşkilat rəhbəri Gültəkin xanımın bir sözünü iki edə bilmir. Ötən günlərdə Neftçala təhsilində yaşanan biabırçılıqlar barədə yazılmışdı. Bildirilmişdi ki, rayondakı orta məktəblərin təmiri üçün ayrılmış yüz minlərlə manatın nəyə xərcləndiyi müəmma olaraq qalıb. Çünki hazırda Neftçaladakı əksər orta məktəblərin kordiorları belə bərbad vəziyyətdədir. Halbuki həmin məktəblər sənəd üzərində təmir olunmuş kimi qeydə alınıb.Sizə Gültəkin xanımın "qüdrəti" ilə bağlı bir faktı da deyim, deyilənlərə görə, onun Aytəkin adlı bacısı diplomu Təhsil nazirliyi tərəfindən təsdiq olunmasa da, Neftçala şəhər M. Cəfərov adına İnternat ümumi orta məktəbin direktoru işləyir.Çünki məktəblər içərisində ən çox gəlir gətirən məhz internat məktəbidir”. Gültəkin xanım işlədiyi müddətdə Bakı şəhərində 2 yeni tikililərdə bina evi Neftçala rayonunda bağ evi əkin sahələri və.s mülklərə sahib olmuşdur. Təxminən bir il bundan əvvəl Neftçala rayon prokuroru Pərvin Quliyev tərəfindən adı pul yığımına və internat məktəbinə ayrılan vəsaitlərin yeyintisinə hallandığı üçün 7 min manat prokurora pul vermişdir.Bu hadisədən sonra Neftçala rayon prokuroru Pərvin Quliyev və Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova arasında çox səmimi yaxınlaşma olub.Sonradan məlum olub ki, Neftçala şəhər M. Cəfərov adına İnternat ümumi orta məktəbin direktoru Aytəkin xanımdan Neftçala rayon prokuroru nə az nə çox 20 min manat pul tələb edib.Gültəkin Sadıqova xaiş minnət edərək prokuroru 7 min manata razı salıb. Pərvin Quliyev onuda qeyd edib ki, mənə verdiyiniz yeddi min manat bir başa Zakir Qaralova çatacaq mənə bir pul qalmır.Onuda qeyd edək ki,Neftçala rayon prokuroru Pərvin Quliyev Neftçala rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur.O, böyük danbalar (balıq böyütmək üçün) əkin üçün torpaq sahələri, və Neftçala rayon Müşviq kəndində 4 bağ evi və.s mülklərə sahibdir. İnşa etdirdiyi bağ evlərini digər rayonlardan ov və digər istirahət üçün gələn qonaqlara pul qarşılığında kirayə verir.Neftçaladakı mənbə xahiş edib ki, rayondakı bu özbaşınalıq qəzetimiz vasitəsilə ali hakimiyyət orqanlarına çatdırılsın.