Təyyarə qəzasında ölən Hollivud aktyorunun son paylaşımı hər kəsi heyrətləndirdi - FOTO

7-01-2024, 15:14           
Təyyarə qəzasında ölən Hollivud aktyorunun son paylaşımı hər kəsi heyrətləndirdi - FOTO
“Speed ​​Racer” filmindəki rolu ilə tanınan və ötən gün təyyarə qəzasında həlak olan Hollivud aktyoru Kristian Oliverin sosial şəbəkələrdə son paylaşımı izləyicilərini heyrətləndirib.

“Cənnətdən salamlar!” - deyə aktyor qəzadan bir neçə gün əvvəl “Instagram” hesabında paylaşım edib.

Ehtimal edilir ki, 51 yaşlı Kristian Oliver ailəsi ilə birlikdə tətildə olub və hadisədən bir neçə gün əvvəl tropik çimərlik fotosu yayımlayıb.

“Cənnətin hansısa bir yerindən salamlar! Cəmiyyətə və sevgiyə... 2024-cü il - budur, biz gəlirik”, - deyə aktyor fotoya şərh verib.
Xatırladaq ki, Kristian Oliver 10 və 12 yaşlarında olan iki qızı birlikdə Karib dənizi üzərindən uçuş edərkən yüngül mühərrikli təyyarədə qəzaya uğrayıblar. Qəza nəticəsində aktyor və qızları, eyni zamanda təyyarənin pilotu həlak olublar.



Mənbə: NDTV.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru