Zibil qutusundan dönən şans: ABŞ sakini lotereyadan külli miqdarda pul qazandı

7-01-2024, 12:38           
Zibil qutusundan dönən şans:
ABŞ sakini heç nə qazanmadığını düşündüyü üçün 925 400 dollarlıq lotereya biletini az qala atacaqdı.

Məlumata görə, Miçiqan ştatının Makom dairəsinin 39 yaşlı sakini əri ilə bir neçə həftədən bir müxtəlif lotereyalara bilet aldığını bildirib. Bilet almaq üçün gedən qadın lotereyalardan birinin əsas uduşunun bir milyon dollara yaxınlaşdığını görüb və bir neçə bilet almaq qərarına gəlib.

“Biz evə gələndə həmin biletə baxdım və qərara gəldim ki, bu, bilet uduşlu deyil”, - deyə o bildirib.

Qadın bileti atmaq istədiyini, lakin son anda xüsusi proqram vasitəsilə yoxlamaq qərarına gəldiyini qeyd edib. Onun sözlərinə görə, ekranda 925 400 dollar məbləği görünəndə skanerin xarab olduğunu düşünüb. Qadın onu yenidən yoxlamaq qərarına gəlib və hər şey təsdiqləndikdə çox sevinib.

O, əlavə edib ki, pulu yeni avtomobilə xərcləyəcək, qalanını isə saxlayacaq.

Mənbə: UPI












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru