İsveç polisi terror təhlükəsini yüksək səviyyədə saxlayır

8-01-2024, 10:24           
İsveç Təhlükəsizlik Polisi qərar verib ki, terror təhlükəsi səviyyəsi 5 ballıq şkala ilə dördüncü səviyyədə qalmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə departamentin press-relizində bildirilib.

Təhlükəsizliyin yüksək səviyyədə saxlanmasına səbəb kimi ölkədə və dünyada silahlı qrupların fəaliyyətinin güclənməsidir.

İsveç Təhlükəsizlik Polisinin rəhbəri Şarlotta fon Essen deyib ki, ciddi təhlükəsizlik vəziyyəti uzun müddət davam edəcək.

2023-cü ilin yayında İsveçdə Quranın yandırılması ilə bağlı nümayişlər keçirilib və bunlar müsəlman ölkələrinin əhalisi və hakimiyyət orqanlarının kəskin mənfi reaksiyasına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru