Braziliyada kişi yuxuda gördüyü qızılı axtarmaq üçün qazdığı 40 metrlik quyuda ölüb - FOTO

8-01-2024, 17:54           
Braziliyada kişi yuxuda gördüyü qızılı axtarmaq üçün qazdığı 40 metrlik quyuda ölüb - FOTO
Braziliyanın yaşlı sakini mətbəxinin altında qazılmış təxminən 40 metr dərinliyi olan quyuya düşərək ölüb.

Qeyd olunur ki, dərinlikdə qızılın gizlədildiyini güman etdiyi üçün adam özü quyunu qazıb və həmçinin bunun üçün işçiləri cəlb edib.

Kişinin qonşuları kiminsə yuxuda ona evin altında qızıl olduğunu dediyini bildiriblər. 71 yaşlı braziliyalı quyu qazmağa başlayıb, daha sonra isə tarazlığını saxlaya bilmədiyi üçün quyuya yıxılıb.

Quyunun diametrinin təxminən 90 sm olduğu qeyd edilir.





Mənbə: dailystar.co.uk












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru