“WhatsApp“da daha bir yeni funksiya: Bundan sonra istifadəçilər...

8-01-2024, 20:24           
“WhatsApp“da daha bir yeni funksiya:
"WhatsApp" messencerinin tərtibatçıları yeni funksiya üzərində işləyirlər.

Bu barədə WABetaInfo portalı məlumat yayıb.

Qeyd olunur ki, yenilik Android cihazlarının istifadəçilərinə videozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə birlikdə videolara baxmaq və musiqi dinləmək imkanı verən funksiya olacaq.

Mütəxəssislər vurğulayıblar ki, istifadəçilər də birlikdə videolara baxa biləcəklər.
Portalın məlumatına görə, yeni funksiya "WhatsApp"ın ən son beta yeniləmələrini quraşdıran bəzi beta testerləri üçün əlçatandır.

Yenilik yaxın həftələrdə daha geniş istifadəçilər üçün əlçatan olacaq./BAKU.WS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru