Narkotik stışları artıq dronlarla edilir

9-01-2024, 11:34           
Narkotik stışları artıq dronlarla edilir
Narkotik ticarətində yeni dövr: Pilotsuz uçuş aparatları!

Qaçaqmalçılar məhsullarını sərhədlərdən, həbsxanalara və ya yaxınlıqdakı küçələrə daşımaq üçün dronlardan istifadə etməyə başlayıblar.

Keçən həftə Hindistanın Pebcap bölgəsindəki sərhəd səlahiyyətliləri qaçaqmalçı qruplar tərəfindən istifadə edilən və Pakistan sərhədinə göndərilən 107 narkotik daşıyan İHA ələ keçirdiklərini açıqlayıb.

Keçən il Pakistan-Pəncab sərhədində yerləşən Lahor şəhərinin narkotiklərlə mübarizə bölməsinin rəisi, pilotsuz uçuş aparatları vasitəsilə Hindistana narkotik göndərən bir dəstəyə rəhbərlik etdiyinə görə vəzifəsindən azad edilmişdi.

İordaniyanın quru sərhədlərində təhlükəsizlik tədbirləri narkotik ticarətini çətinləşdirir və buna görə də qaçaqmalçılar pilotsuz uçuş aparatlarından yeni üsul kimi istifadə edirlər.

Xatırladaq ki, sentyabr ayında İordaniya Hərbi Hava Qüvvələri Suriyadan narkotik daşıyan iki pilotsuz təyyarəni vurub.

Dünyanın bir çox sərhədində dronlarla həyata keçirilən narkotik ticarəti ABŞ və Meksika sərhədində də müntəzəm olaraq istifadə olunur.

Braziliyadan Fransaya, Avstraliyadan ABŞ-a qədər PUA-lar narkotiklərin dünyanın ən yüksək təhlükəsizlik həbsxanalarına daşınması üçün istifadə olunur.

Kanadada iki il ərzində İHA ilə bağlı 700 hadisə baş verib. Müsadirə edilən qaçaqmal malların 75 faizi pilotsuz uçuş aparatları ilə gətirilən məhsullardır.

Keçən ilin oktyabrında Böyük Britaniya hökuməti həbsxanalara narkotik maddələr və mobil telefonlar daşıyan dronların sayının “kəskin artması” səbəbindən bütün həbsxanaların ətrafında uçuşa qadağan zonalar yaratmağa məcbur olmuşdu.

Narkotik alverçiləri ticarətlə yanaşı, narkotik qaçaqmalçılığının yollarını tapmaq və qanunsuz narkotik təsərrüfatları yarada biləcəkləri nöqtələri aşkar etmək üçün pilotsuz uçuş aparatlarından da istifadə edirlər.

Mütəxəssislər, İHA-lardan istifadə edilən çatdırılmaların ticarət dünyasında getdikcə daha çox yayılacağını söyləsələr də, bu ticarətlərin təkcə qeyri-qanuni malların çatdırılması üçün deyil, həm də dərman kimi məhsulların ticarəti üçün istifadə ediləcəyini bildirirlər.

Bundan əlavə, ekspertlərin fikrincə, pilotsuz uçan aparatların daşıma qabiliyyəti artdıqca, cinayətkar qruplaşmalar daha böyük tutumlu PUA-lara çıxış əldə edəcək və PUA-lardan istifadə adiləşəcək.

Mənbə: Ntv.Tr

Aynur Camal












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.