Onların əməlləri ifşa edilib - Baş prokuror

21-02-2024, 07:05           
Onların əməlləri ifşa edilib - Baş prokuror
“Azərbaycan hüquq-mühafizə orqanlarının peşəkarlığı nəticəsində bu yaxınlarda Fransa və Çexiya vətəndaşları casusluğa görə tutulublar”.

Bu sözləri Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib.

Kamran Əliyev bildirib ki, həmin işlər üzrə ciddi istintaq gedir. Onların əməlləri ifşa edilib. Kifayət qədər faktlar var:

“Ötən gün Prezident İlham Əliyev çıxışında dedi ki, Azərbaycan hazırda təhlükəsiz bir adadır. Amma ona kənardan müdaxilə cəhdləri var. Həmin cəhdlərdir ki, bu cinayət işlərində özünü göstərir. Prezidentin dediyi kimi həm fiziki, həm ideoloji baxımdan biz öz cəmiyyətimizi qorumalıyıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.