Paşinyan: Sərhədin delimitasiya olunmuş hissəsində mövqe tutulub
25-05-2024, 11:04
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunda delimitasiya olunmuş hissəsində mövqelərini tutublar.
İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Hörmətli vətəndaşlar, bu gündən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş rayonunun Berkaber kəndi boyunca 1,9 km uzunluğunda və Voskepar və Bağanis kəndlərində dövlət sərhədinin mühafizəsini öz üzərinə götürüb" - Paşinyan Ermənistan xalqına müraciəti zamanı deyib.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat vermişdi ki, Ermənistan və Azərbaycan mayın 24-dən etibarən Tavuş vilayətinin üç kəndi yaxınlığındakı sərhəd bölməsindən qoşunlarını çıxarır və təhlükəsizliyi sərhədçilərə həvalə edir.