GENERAL ƏHMƏDOV İŞDƏN QOVULDU – 400 əsgərin ölümündə ittiham edilir
25-05-2024, 09:44
Rusiya ordusunun ən böyük qoşun bölməsi olan Qırmızı Bayraqlı 20-ci Qvardiya Əlahiddə Ümumqoşun Ordusunun komandiri Suxrab Əhmədov tutduğu vəzifədən uzaqlaşdırılıb.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Əhmədov 2022-ci ilin noyabrında Donetsk vilayətində Pavlovka yaxınlığındakı döyüşlər zamanı Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasının 400 nəfərə qədər ağır itki verməsinə görə ittiham edilib. Onlar Primorsk diyarının qubernatoru Oleq Kozhemyakoya “anlaşılmaz bir hücuma atıldıqları” barədə şikayət ediblər.
2023-cü ilin iyununda rusiyalı hərbi bloqçular Luqansk vilayətinin Kremennaya şəhəri yaxınlığında 20-ci Əlahiddə Ümumqoşun Ordusunun ağır itkilər verməsi barədə məlumat vermişdilər. Onların məlumatına görə, general Əhmədovun gəlişi ərəfəsində toplananan onlarla rus əsgəri Ukrayna artilleriyasının atəşi nəticəsində həlak olub.
Vladimir Putin ötən ilin fevralında Əhmədova general-mayor, dekabrda isə general-leytenant rütbəsi verib.